Bu gün rayonlara qar yağacaq

Azərbaycanın qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacağı gözlənilir.
AzVision.az