Azərbaycanda 39 nəfər yanaraq ölüb - 9 ayın hesabatı

Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 992 hadisə və ya 9% çoxdur.
9 ay ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 11433 çıxış edilib. Yanğın hadisələri zamanı 39 nəfər ölüb, 165 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 10 nəfər və ya 34%, xəsarət alanlar üzrə 45 nəfər və ya 38% çoxdur.
2017-ci ilin 9 ayi ərzində respublika ərazisində 59 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 17 hadisə və ya 40% çoxdur. Partlayışlar zamanı 13 nəfər həlak olub, 71 nəfər xəsarət alıb.
AzVision.az
Teqlər: FHN