Həkimlərin maaşının artırılması təklif olundu

Komitə sədri bildirib ki, həkimlərimizin maaşının az olması yeni inşa olunmuş və müasir aparatlarla təchiz olunmuş xəstəxanaların işinə mane olur.
Ə.Əmiraslanov qeyd edib ki, əhalinin artımını nəzərə alaraq ilbəil adambaşına düşən səhiyyə xərclərini artırmaq lazımdır.
Komitə sədri vurğulayıb ki, onkoloji preparatların alınamsı üçün ayrıca vəsait ayrılır. O, əlavə edib ki, bədxassəli şişlərin müalicəsi üçün nəzərdə tutulan aparatların alınması üçün ayrılan vəsaitlərin artırılmasına ehtiyac var.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis