Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”

Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”
  22 Noyabr 2017    Oxunub:13883
“Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər, ona görə də bu gün Soçidə Vladimir Putinlə görüş zamanı bu məsələ yenidən qaldırılacaq”
AzVision.az “Milliyet”-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Ötən səfərim zamanı Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Cənab Putin mənə dedi ki, Rusiya problemin həlli üçün əlindən gələn hər şeyi edir. Mən bir daha Rusiya prezidentini beş rayonun qaytarılması məsələsinə həssas olmağa çağırdım. Artıq münaqişə 30-ilə yaxındır ki, davam edir. Bölgədə bu problemi həll edə biləcək yeganə güc Rusiyadır. Bu gün prezidentlərlə görüş zamanı imkan olan kimi problemi gündəmə gətirəcəyəm. Dağlıq Qarabağ bizim xüsusi məsələmizdir. Bunu kənara qoya bilmərik” - Türkiyə prezidenti qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Qarabağ  





Xəbər lenti