Qurban Qurbanov: “Mübarizədə “Çelsi”yə uduzmadıq”

Qurban Qurbanov: “Mübarizədə “Çelsi”yə uduzmadıq”
  23 Noyabr 2017    Oxunub:11022
"90 dəqiqə ərzində yaxşı oyun göstərməyimizi istəyirdim. Amma qırmızı vərəqədən sonra azlıqda qaldıq, oyun istədiyimiz kimi getmədi"
AzVision.az xəbər verir ki, bu fikirləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Çelsi" ilə oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

Qurbanov bildirib ki, "Qarabağ" meydanda məğlub olsa da, mübarizədə "Çelsi"yə uduzmayıb:

"Azarkeşlərimizə görə üzüldüm. Bu qədər qırmızı vərəqə aldığımıza görə kimi qınamalı olduğumuzu bilmirəm. Biz həmişə intizamlı komanda olmuşuq. Bəzən belə hallar baş verir. Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox güclü komandaya qarşı oynasalar da, sona qədər çəkinmədilər".

Qeyd edək ki, bu gün Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Çelsi” ilə qarşılaşıb. Oyun qonaqların 0:4 hesablı qələbəsi ilə başa çatıb.

AzVision.az



Teqlər: QarabağFK   Qurban-Qurbanov  





Xəbər lenti