Angela Merkeli istefaya çağırdılar

Angela Merkeli istefaya çağırdılar
  24 Noyabr 2017    Oxunub:1386
Almaniyada Xristian Demokrat Birlik Partiyası Gənclər İttifaqının Düsseldorf bölgə təşkilatı Almaniya kansleri Angela Merkeli istefa verməyə çağırıb.
Xarici KİV-in məlumatına görə, belə bəyanatla bölgə sədri Ulrix Şensel çıxış edib. O, Merkelin dərhal istefa verməsi çağırışı ilə qərar qəbul etdiklərini bildirib.

Xristian Birlik Partiyasının 24 sentyabrda keçirilmiş parlament seçkilərində 1949-cu ildən bu yana ən pis nəticə göstərdiyini xatırladan Şensel buna görə Angela Merkelin məsuliyyət daşıdığını qeyd edib.

AzVision.az


Teqlər: Almaniya   Merkel  





Xəbər lenti