“Bakcell”in dəstəyi ilə futzal turniri təşkil edilib

“Bakcell”in dəstəyi ilə futzal turniri təşkil edilib
  24 Noyabr 2017    Oxunub:2357
“Bakcell” şirkətinin dəstəyi və Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Bakıda futzal üzrə payız turniri keçirilir.
22-25 noyabr tarixlərində Bakıda baş tutan turnirdə “Zirvə”, “Şimşək”, “Ümid”, “Azəri” və “Bakı” komandaları iştirak edir.
Turnirin sonunda qalib komanda və II, III yerləri tutan komandalar kuboklar, medallar və diplomlarla təltif olunacaq. Həmçinin, turnirdə fərqlənən “ən yaxşı oyunçu”, “ən yaxşı qapıçı” və “ən məhsuldar oyunçu”ya "Bakcell" tərəfindən hədiyyələr təqdim ediləcək.





“Bakcell” 2007-ci ildən başlayaraq Federasiyanın futzal üzrə yaz, payız və 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş turnirlərinə dəstək göstərir.

Bu turnirlərə ümumilikdə 48-60 nəfər əlil futbolçu cəlb edilir. “Bakcell”in sponsorluğu ilə ildə iki və ya üç dəfə keçirilən turnirlərdə iştirak edən komandaların hər bir üzvü idman geyimləri və ləvazimatlarla təmin olunur.



“Bakcell” şirkətinin dəstəyi ilə keçirilən respublikadaxili turnirlər zamanı Azərbaycan Əlillər Futbolu Federasiyası eşitməqüsurlu insanlardan ibarət milli yığma komanda üçün seleksiya işləri də aparır. Oyunlar zamanı fərqlənən gənc futbolçular milli komandaya dəvət olunur və beynəlxalq yarışlarda iştirak edirlər.

Azərbaycan Əlillər Futbolu Federasiyası 2006-cı ildən etibarən paytaxtda fəaliyyət göstərən eşitməqüsurlu əlil uşaqlar üçün 3 xüsusi internat məktəbinin şagirdləri və məzunlarından ibarət 2 yaş qrupu üzrə komandalar toplayıb və intensiv məşqlərə başlayıb. 2006-cı ilin oktyabr ayında 4 komandanın iştirakı ilə ənənəvi futzal turnirlərinin əsası qoyulub.

AzVision.az


Teqlər: Bakcell  





Xəbər lenti