Qubada maşın çaya düşüb - Yaralılar var (FOTO)

Qubada maşın çaya düşüb - Yaralılar var (FOTO)
  25 Noyabr 2017    Oxunub:11630
Qubanın Qırız kəndində ağır yol qəzası baş verib.
AzVision.az-ın məlumatına görə, "Mitsubishi" markalı pikap avtomobili körpüdən aşaraq çaya düşüb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Məlumata görə, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil. Qəzaya düşən şəxslərin bir ailənin üzvü olduğu deyilir.



Foto: Elvin Abdulla
AzVision.az


Teqlər: Quba   Qırız   Qəza  





Xəbər lenti