Bakıda qəza ölümə səbəb olub

Bakıda qəza ölümə səbəb olub
  26 Noyabr 2017    Oxunub:2115
Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, noyabrın 25-də saat 4 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Dinar Fardilon idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti