Metronun “Sahil” stansiyası sökülür?

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidətinin rəhbəri Nəsimi Paşayev bu iddiaları əsassız adlandırıb. O, metronun “Sahil” stansiyasında gedən təmir işlərinin 2018-ci ilin iyul ayına qədər yekunlaşacağını bildirib:
Qurum rəsmisi stansiyanın uzunmüddətli təmirə dayanmasının özəl səbəbinin olmadığını bildirib: “Stansiyadakı eskalatorların istismar müddəti başa çatdığından o, təmirə dayandırılıb. 2011-ci ildə başladılan Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramına əsasən, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması, mərmər-qranit örtüyünun və avadanlıqların yenilənməsi də nəzərdə tutulub. Təmir zamanı stansiydakı "LT-3" tipli üç eskalator söküləcək və əvəzində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli dörd eskalatoru quraşdırılacaq”.
N.Paşayevin sözlərinə görə, Sahil stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir.
Qeyd edək ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.
AzVision.az