Burak Özçivitin iştiraki ilə keçiriləcək Qala Gecəyə 50% endirim!

Burak Özçivitin iştiraki ilə keçiriləcək Qala Gecəyə 50% endirim!
  27 Noyabr 2017    Oxunub:1565
Heç kimə sirr deyil ki, hər il 24 noyabr tarixində bütün dünyada Black Friday aksiyası keçirilir və bu aksiya çərçivəsində böyük endirimlərdən faydalanmaq mümkündür.
AzVision.az xəbər verir ki, Azərbaycanın ən böyük kinoteatrlar şəbəkəsi olan Park Cinema həmçinin bu aksiyaya qoşularaq səbirsizliklə gözlənilən “Kardeşim Benim 2” filminin möhtəşəm qala gecəsinə biletlərin qiymətinə 3 günlük - 24,25,26 noyabr tarixləri üçün yarı qiymətinə endirim edir!

30 noyabr saat 19:00-da tanınmış türk aktyorları Burak Özçivit, Fahriyye Evcen və digərlərinin iştirak edəcəyi “Kardeşim Benim 2” filminin qala gecəsi baş tutacaq.

Sevimli türk aktyorlarını səbirsizliklə gözləyən pərəstişkarlara şad xəbər. Park Cinema hər kəsə endirimdən faydalanamq fürsəti verir və artıq sevimli aktyorları görmək və onlarla ünsiyyət qurmaq hər kəs üçün əlçatandır. Standart zallarda 50 AZN dəyərində olan yerlərin qiyməti - 25 AZN, Azercell IMAX zalda ulduzlarla birgə seans 70 AZN əvəzinə - 35 AZN, ulduzlarla birgə cocktail party-də iştirak isə 200 AZN əvəzinə 100 AZN-ə endirilmişdir. Biletləri həm online, həm də Park Cinema kinoteartlar şəbəkəsinin bütün kassalarında əldə etmək olar!

«Kardeşim Benim 2» filmi 2016-cı ilin ən çox izlənilən filmlər siyahısında yer almış “Kardeşim Benim” filminin davamıdır. Filmin premyerasından sonrakı ilk həftədə filmi iki milyondan çox tamaşaçı izləmişdir. İkinci hissədə də qardaşların sərgüzəştləri davam edir, lakin sonda onlar yenə bir araya gəlir. Gecənin qonaqlarını seans öncəsi cocktail-party və sevimli aktyorlarla film izləmək şansı gözləyir.

Qeyd edək ki, Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Park-Cinema  





Xəbər lenti