Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb
  27 Noyabr 2017    Oxunub:1519
Bakıda intihara cəhd edən şəxs xilas edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər intihar məqsədilə doqquzmərtəbəli yaşayış binasının damına çıxıb.

Hadisə yerinə gəlmiş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşla müvafiq söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırıblar.

AzVision.az


Teqlər: FHN   İntihar   Xilas  





Xəbər lenti