Mənzildən qadın meyiti tapılıb

Mənzildən qadın meyiti tapılıb
  28 Noyabr 2017    Oxunub:1335
Sumqayıtda mənzildən 61 yaşlı qadının meyiti aşkarlanıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1956-ci il təvəllüdlü Rəfibəyli Olqa Musa qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti