Bərdədə evdən qızıl oğurlayan tutulub

Zərərçəkən evdən ona məxsus ümumilikdə 4 min 300 dollar dəyərində qızıl əşyalarının və fotoaparatın, 1280 manat dəyəri olan digər məişət əşyalarının oğurlandığını bildirib.
Bərdə RPŞ-nin əməkdaşlarının peşəkarlıqla keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Aparılan araşdırmalarla onun Mingəçevir şəhər sakini Sərdar Qurbanov olduğu müəyyən edilib. O, törətdiyi əməli etiraf edib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb.
Hazırda bu şəxsin digər oğurluqlarda iştirakı məsələsi istintaq orqanları tərəfindən araşdırılır.
Faktla bağlı araşdırmalar aparılır.
AzVision.az