General Elçin Quliyevə 10 il həbs verildi - Əmlakı müsadirə olunacaq

Məhkəmənin hökmü ilə E.Quliyev 10 il 6 ay və A.Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onların hərbi rütbədən məhrum olunması üçün ölkə başçısına təqdimat göndərilməsi ilə bağlı qərar da qəbul edilib.
Bundan başqa Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təqsirləndirilən E.Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülk iddiası təmin edilib. Təqsirləndirilən şəxslərin əmlaklarının dövlətin xeyirinə müsadirə edilməsi barədə də qərar qəbul olunub.
AzVision.az