İmişlidə qızıl oğruları tutuldu

İmişlidə qızıl oğruları tutuldu
  02 Dekabr 2017    Oxunub:2305
İmişli rayonunda mənzildən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AzVision.az-a verilən məlumata görə, noyabrın 27-də nazirliyin “102 Zəng Mərkəzi” Xidmətindən İmişli Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini Qorxmaz Şirinova məxsus mənzildən 4 min manat dəyərində qızıl-zinət əşyalarının və 1500 ABŞ dollarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Cahid Quliyev və həmyerlisi Bəhruz Musayev saxlanılıblar.

RPŞ-də aparılan araşdırmalar zamanı hər iki şəxs törətdikləri əməli etiraf ediblər. Ətraflarında aparılan tədbirlərlə onların oğurladıqları qızıl-zinət əşyalarının müəyyən qismini Bakıda satdıqları məlum olub. Özlərində saxladıqları qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb. Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti