İki piyadanı öldürən sürücü tutulub

İki piyadanı öldürən sürücü tutulub
  02 Dekabr 2017    Oxunub:2342
Şəmkirdə iki qadını avtomobillə vuraraq öldürən sürücü tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, noyabrın 30-da Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Göygöl rayon sakinləri Təranə Haqverdiyeva və Sevinc Alıyeva vurulub və nəticədə hər iki piyada hadisə yerində ölüblər.

Baş Dövlət Yol Polisi İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “QAZ-3102” markalı avtomobillə törədilməsi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Əliyaqublu kənd sakini Elnur Əsədov tutulub.

AzVision.az


Teqlər: DİN   qəza  





Xəbər lenti