Siyəzən sakini qaçırdığı maşını yandırıb

Siyəzən sakini qaçırdığı maşını yandırıb
  02 Dekabr 2017    Oxunub:2312
Siyəzən rayonunda qaçırılan avtomobil yanmış vəziyyətdə tapılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 1-də saat 17 radələrində Siyəzən rayonunun Zarat kəndində kənd sakini Elxan Qurbanov həmkəndlisi Seymur İmanquliyevə məxsus “VAZ-21011” markalı avtomobili qaçırıb və idarə edərkən çəkdiyi siqaretin közü salon hissəsinə düşdüyündən avtomobili yandırıb.

E.Qurbanov Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Siyəzən  





Xəbər lenti