Keçmiş məhkum metroda oğurluq edib

Keçmiş məhkum metroda oğurluq edib
  02 Dekabr 2017    Oxunub:2018
Bakı metrosunda oğurluqla məşğul olan şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 25-də və 26-da Bakı şəhər sakinləri Rəna Hacıyevanın və Səid Qurbanovun mobil telefonlarını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İlham Axundov saxlanılıb.

Saxlanılan şəxsin ətrafında araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti