"Şüşəli bazar"ın keçmiş sahibi intihar edib

"Şüşəli bazar"ın keçmiş sahibi intihar edib
  02 Dekabr 2017    Oxunub:3038
Bakıda intihar hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Q. Quliyevin Bakının Yasamal rayonu ərazisində yerləşən və "Şüşəli bazar" kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir.

AzVision.az


Teqlər: İntihar  





Xəbər lenti