Mənzildə qadın meyiti tapıldı

Mənzildə qadın meyiti tapıldı
  02 Dekabr 2017    Oxunub:1501
Səbail rayonunda mənzillərdən birində 73 yaşlı qadın meyiti tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1944-cü il təvəllüdlü Teymurova Sədaqət İsrail qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

AzVision.az


Teqlər: FHN   Mənzil  





Xəbər lenti