Ağstafada tapılan meyitin kimliyi bilindi

Ağstafada tapılan meyitin kimliyi bilindi
  03 Dekabr 2017    Oxunub:1470
Ağstafada aşkar olunan meyitin kimliyi müəyyənləşib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, meyiti aşkarlanan şəxs Qazax şəhər sakini 1942-ci il təvəllüdlü Qocayev Alı Dövlət oğludur.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun içkili vəziyyətdə kanala düşərək öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Ağstafa  





Xəbər lenti