Sabirabadda 4 otaqlı ev külə döndü

Sabirabadda 4 otaqlı ev külə döndü
  03 Dekabr 2017    Oxunub:1850
Sabirabadda yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Nərimankənd kəndində ümumi sahəsi 150 m2 olan (üst örtüyü qamışdan ibarət) birmərtəbəli 4 otaqlı ev yanıb.

Ev sahibinin həyat yoldaşı, 1962-ci il təvəllüdlü Qarayeva Kübra Nəsir qızı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş halda yanan evdən çıxarılıb və hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil verilib.

Evin qalan hissəsi və evə bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da


Teqlər: Yanğın   FHN   Sabirabad  





Xəbər lenti