Xırdalanda maşın səkiyə çırpılıb - Sürücü ölüb

Xırdalanda maşın səkiyə çırpılıb - Sürücü ölüb
  03 Dekabr 2017    Oxunub:1934
Xırdalan şəhərində ölümlə nəticələnən qəza olub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində “VAZ” markalı avtomobil yol kənarındakı səkiyə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az



Teqlər: Xırdalan   Qəza   FHN  





Xəbər lenti