Binəqədidə həyətləri su basıb

Binəqədidə həyətləri su basıb
  03 Dekabr 2017    Oxunub:1578
Bu gün Bakı şəhəri, Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbi ilə yağış suları ilə dolub və nəticədə 4 nəfər köməksiz vəziyyətdə qalıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: Binəqədi   Yağış   FHN  





Xəbər lenti