Cocuq Mərcanlıda 4 hektardan çox ərazi təmizlənib

Cocuq Mərcanlıda 4 hektardan çox ərazi təmizlənib
  04 Dekabr 2017    Oxunub:1706
ANAMA dekabrın 3-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə növbəti gündəlik operativ məlumatını yayıb.
ANAMA AzVision.az-a verilən məlumata görə, kənddə gün ərzində 42 100 kv.m (4.21 ha) ərazi tam təmizlənib, 6 500 kv.m (0.65 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 48 600 kv.m (4.86 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir. 17 gün ərzində 9 ədəd partlamamış hərbi sursat aşkar edilib.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

AzVision.az


Teqlər: ANAMA   Cocuq-Mərcanlı  





Xəbər lenti