“Peyğəmbərimin yanına gedirəm” - Ağdaşda məktəbli intihar edib

Bir neçə aydır ki, dərsdən sonra “Quran” oxumağı öyrənmək üçün kənddəki mollanın yanına gedən İsmayıl Adıgözəlovun intihardan öncə yazdığı məktub tapılıb.
Məktubda bunlar qeyd edilib: “Peyğəmbərimin yanına gedirəm. Mənə görə bacımın toy mərasimini ləngitməyin. Bacımın oğlu olsa İsmayıl, qızı olsa Zəhra adı verin”.
İntiharın səbəbi məlum deyil. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu bildirilir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)