Bakı metrosunda təhlükəli anlar yaşandı

Bakı metrosunda təhlükəli anlar yaşandı
  04 Dekabr 2017    Oxunub:8131
Bakı metrosunda bu gün saat 18:45-də 1977-ci il təvəllüdlü, paytaxt sakini Nuriyev Sabir Siyavuş oğlu həyatını təhlükəyə ataraq 14 saylı marşrut üzrə hərəkət edən qatarın 1-ci və 2-ci vaqonların arasında getməyə cəhd göstərib.
Metropoliten əməkdaşları "Gənclik" stansiyasında hadisənin qarşısını almaqla yanaşı yaşana biləcək bədbəxt hadisəyə mane olublar. Adıçəkilən şəxs polis əməkdaşlarına təhvil verilib. "Bakı Metropoliteni"ndə poliş şöbəsinin əməkdaşları tərəfindən faktla bağlı araşdırma aparılır.

"Bakı metropoliteni" QSC sərnişinlərdən xahiş edir ki, bu cür təhlükəli hallara yol verməsinlər və metropolitendən istifadə qaydalarına riayət etsinlər.

AzVision.az


Teqlər: Bakı   Metro  





Xəbər lenti