Beyləqanda top mərmisi tapılıb

Beyləqanda top mərmisi tapılıb
  05 Dekabr 2017    Oxunub:1117
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan şəhəri ərazisində su kanalında 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.
ANAMA-dan AzVision.az-a bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 5-ci məhəllədə su kanalına baxış keçirilib, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar edilərək, zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.

AzVision.az


Teqlər: ANAMA  





Xəbər lenti