Cocuq Mərcanlıda 9 partlamamış sursat aşkarlanıb

Cocuq Mərcanlıda 9 partlamamış sursat aşkarlanıb
  06 Dekabr 2017    Oxunub:1655
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ötən gün 28900 kv.m ərazi tam təmizlənib.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AzVision.az-a verilən məlumata görə, 1800 kv.m ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Ümumilikdə 19 gün ərzində 9 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 594206 kv.m ərazi tam təmizlənib, 170600 kv.m ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə agentlik tərəfindən 1 yanvar – 5 dekabr 2017-ci il tarixlərində ayrı-ayrı şəhər və rayonlarda müxtəlif ərazilərə baxış keçirilib, 7529 ədəd partlamamış hərbi sursat, 204 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 5518 948 kv.m ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: Cocuq-Mərcanlı   Cəbrayıl   ANAMA  





Xəbər lenti