Leyla Yunusun mənimsədiyi milyonlar, xaricdəki mülkləri - FAKTLAR

  10 Dekabr 2017    Oxunub : 79768
Leyla Yunusun mənimsədiyi milyonlar, xaricdəki mülkləri - FAKTLAR
Özünü "hüquq müdafiəçisi" kimi təqdim edən, “Sülh və Demokratiya İnstitutu” adlı qurumun sədri Leyla Yunus 2006-2014-cü illərdə ABŞ-ın Milli Demokratiyaya Dəstək Fondu (NED), German Marşall Fondu (GMF) və başqa donor təşkilatları tərəfindən ona ayrılan – ümumi məbləği 159.842.29 manat, 580.978.94 ABŞ dolları, 241.338.49 avro olan qrantları mənimsəyərək külli miqdarda dələduzluq, vergidən yayınma və digər cinayətlər törədib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Elçin Qəmbərovun yazdığı “Leyla Yunusun Parlaqlığı və Səfaləti” adlı kitabda məlumatlar yer alıb.

Sözügedən kitabda qeyd olunub ki, Leyla Yunus əri Arif Yunusla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında NED və GMF təşkilatı tərəfindən 2009-2012-ci illər ərzində “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının “Unibank” ASC-də yerləşən hesablarına köçürülmüş cəmi 89.910 ABŞ dolları məbləğində pul vəsaitinin 88 468 ABŞ dolları məbləğində hissəsini rəsmi sənədləri saxtalaşdırmaqla əldə etdiyi kassa çek vərəqələrindən istifadə etməklə nağdlaşdırıb çıxaraq, həmin pulun 17 iyun 2009-cu il tarixdə 20 000, 24 may 2010-cu il tarixdə 31 000, 28 fevral 2012-ci il tarixdə isə 20 000 ABŞ dolları olmaqla cəmi 71 000 ABŞ dollarını özünün qeyd olunan bankda yerləşən hesablarına mədaxil edib.



Ardınca üzərinə toplanan faizlərlə 24 aprel 2014-cü ildə ümumilikdə 78.130.42 ABŞ dolları məbləğində nağd pul vəsaitini Çexiyanın “Sberbank”-da yerləşən hesabına köçürüb.

Bundan əlavə Yunus cütlüyünün qrant pullarına Türkiyənin Antalya vilayəti, Orenşehir şəhəri Manavqat rayonunda yerləşən 0.539.07 kvadrat metr torpaq sahəsi olan bir ev və Bakı şəhəri Nərimanov prospekti, bina 125, mənzil 4 ünvanındakı mənzili aldıqları müəyyən edilib.



Həmçinin Çexiyanın “Sberbank” , Türkiyənin “Yapıkredi”, Azərbaycanın “Accessbank”, “Unibank”, “Bankstandart”, Almaniyanın “Volksbank” banklarında Yunuslara məxsus pul vəsaiti aşkarlanıb.



Kitabda Leyla Yunusun 2006-2008-ci illər ərzində aldığı qrantların siyahısı dərc olunub:

1.Böyük Britaniya səfirliyi – 95.255.20 AZN
2.İsveçrə səfirlyi – 4000 AZN
3. Kanadanın Türkiyədəki səfirliyi – 19.904 AZN
4. NED – 391.790 ABŞ dolları
5. “Açıq Cəmiyət İnstitutu (Soros Fondu) – 108.657 ABŞ dolları
6. German Marşal Fondu – 20.908 ABŞ dolları
7. Səhiyyə və İctimai İslahatlar Mərkəzi – 8.940 AZN
8. “The Tides Foundation Disbursement ACCT” – 18.205 ABŞ dolları
9. “Total ER Azerbaycan BV” 3928.05 AZN
10. “Freedom House” – 13.905 ABŞ dolları
11. “Statoyl” – 9.720 ABŞ dolları
12. “Alba Fund for justice and education Chicago and DC” – 10.000 ABŞ dolları
13. “Den Norske Helsingforskomite” (Norveç) – 82.205 ABŞ Dolları
14. “Ulcoaciainministerio” (Finlandiya) – 49.563 Avro
15. “Conciliationresources” (Böyük Britaniya) - 43. 425 Avro
16. Direkito F.ENTV U.Zusammenarb.deza Finanzdienst, Bern (İsveçrə) - 22.407 Avro
17. "Organization Mondiale Contre la Torture" (İsveçrə) - 9.700 Avro
18. İrlandiya Fondu – 8.196 Avro
19. Almaniya Jurnalistlər Təşkilatı – 1.984 Avro
20. Belçika Fondu – 1.172 Avro
21. İtaliya Təşkilatı – 1.072 Avro




Pullar “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının “Unibank” ASC-də yerləşən hesablarından çıxarılaraq Leyla Yunus tərəfindən nağdlaşdırılıb. Bu pulların bir hissəsi Leyla və Arif Yunus çütlüyünün hesablarına köçürülərək, depozitə qoyulub və beləliklə hesablar üzrə faizlərin yığılması təmin edilib. Ardından bu vəsaitlər xarici banklardakı hesablara köçürülərək mənimsənilib.

Özünü "hüquq müdafiəçisi" və müxalifətçi dissident kimi qələmə verən Leyla Yunusun mənimsədiyi milyonlar haqda Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib:

"Leyla Yunus 1 milyonu son 2 ildə mənimsəmişdi. 1998-ci ildən bu yana yalnız bahk hesabından 8 milyon dollar pul keçib. Onun heç 50 000 dollarını layihəyə xərcləməyib. 1,2 milyon avro yalnız Hollandiyadakı evinin qiymətidir. Praqada 3 evi, Antaliyada icarəyə verdiyi 13 kottej tipli evi var".

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Leyla-Yunus