Ötən gün 74 cinayət faktı qeydə alınıb

  11 Dekabr 2017    Oxunub : 437
Ötən gün 74 cinayət faktı qeydə alınıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 74 cinayət faktı qeydə alınıb, onların da 3-ü “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 9 nəfər tutularaq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.

AzVision.az

Teqlər: DİN   Polis   Cinayət   Həbs