Ziyafət Əsgərov: “Qətnamələrin qəbulu prezidentin xarici siyasətinin nəticəsidir”

Ziyafət Əsgərov: “Qətnamələrin qəbulu prezidentin xarici siyasətinin nəticəsidir”
  23 Dekabr 2017    Oxunub:3898
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı qəbul etdiyi qətnamələrə münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib ki, qətnamələrin qəbulu Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün xarici siyasətin nəticəsidir.
"Artıq Avropa Birliyində anladılar ki, ölkələrin ərazi bütövlüyünü tanımadan digər ölkələrin sabitliyinə təminat yoxdur. Burada bütün ölkələrə eyni cür yanaşma olmalıdır. Yoxsa birinin ərazi bütövlüyünün tanınması, digərinin tanınmaması ikili standartdır. Bu, Avropanın özündə də fəsadlar törədir"-, deyə Z.Əsgərov vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ziyafət-Əsgərov  





Xəbər lenti