Piyadanı öldürüb qaçan sürücü tutuldu

Piyadanı öldürüb qaçan sürücü tutuldu
  04 Yanvar 2018    Oxunub:1174
Şirvan sakini Nəsibə Xəlilova şəhərin Heydər Əliyev prospektində naməlum avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, nəticədə piyada hadisə yerində ölüb. Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, “Mitsubishi” markalı avtomobilin sürücüsü - Sabirabad rayon sakini Emin Abbasov saxlanılıb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   qəza  





Xəbər lenti