Banka borcu olan 2 qardaş ölkədən qaçarkən tutuldu - FOTOLAR

Banka borcu olan 2 qardaş ölkədən qaçarkən tutuldu - FOTOLAR
  11 Yanvar 2018    Oxunub:1855
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycan ərazisində törətdikləri cinayət əməlindən yayınmaq məqsədi ilə qeyri-qanuni yollarla dövlət sərhədini pozaraq müqabil ölkə ərazisinə keçməyə cəhd edən şəxslərin aşkarlanması və saxlanılması istiqamətində tədbirlər davam edir.
DSX-nin Mətbuat Mərkəzindən AzVision.az-a verilən məlumata görə, bu il yanvarın 4- də Azərbaycan vətəndaşları - 11.01.1983-cü il təvəllüdlü Xasməmmədov Sənan Səməd oğlu və 06.08.1981-ci il təvəllüdlü Xasməmmədov Elvin Azər oğlu Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən saxlanılıblar. Aparılmış araşdırmalar nəticəsində saxlanılan hər iki şəxsin müxtəlif banklara borclu olduqlarına görə məhkəmə qərarı ilə ölkədən çıxışlarının məhdudlaşdırılması və bu səbəbdən onların ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərmələri məlum olub.



Yanvarın 8-də isə Azərbaycan vətəndaşı, 18.06.1985-ci il təvəllüdlü Orucov Xəqani Soltan oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən saxlanılıb.



Aparılmış ilkin araşdırma nəticəsində onun törətdiyi cinayət əməlinə görə «axtarış»da olması müəyyənləşdirilib. Hazırda hər iki fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DSX  





Xəbər lenti