Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edəcək

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edəcək
  15 Yanvar 2018    Oxunub:4338
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin layihələşdirilməsi” formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbir yanvarın 16-da NATO-nun Mənzil-Qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti