Azərbaycan rəsmiləri İranda: 12-ci iclas keçiriləcək

Azərbaycan rəsmiləri İranda: 12-ci iclas keçiriləcək
  15 Yanvar 2018    Oxunub:1495
Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək.
AzVision.az diplomatik mənbəyə istinadən xəbər verir ki, görüşə hazırlıq məqsədilə hazırda Azərbaycandan olan nümayəndə heyəti İranda səfərdədir.

Onlar bu gün və sabah Tehranda danışıqlar aparacaqlar. Yalnız bundan sonra dövlət komissiyasının iclasının keçiriləcəyi tarix bəlli olacaq.

Qeyd edək ki, Azərbaycan tərəfdən iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev, İran tərəfdən isə iqtisadi işlər və maliyyə naziri Məsud Kərbasiandır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan   İran   İclas   Komissiya  





Xəbər lenti