20 Yanvar günü Türkiyə bayraqları endiriləcək

20 Yanvar günü Türkiyə bayraqları endiriləcək
  19 Yanvar 2018    Oxunub:2272
“Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda aparılan mübarizənin dönüş nöqtəsi olan 20 Yanvar qətliamı əsla unudulmayacaq”.
AzVision.az xəbər evrir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, yanvarın 19-dan 20-nə keçən gecə Türkiyənin Azərbaycandakı səfirliyində, Naxçıvan və Gəncədəki baş konsulluqlarında və Bakıdakı Türk Şəhidliyində bayraqlar yarıya qədər endiriləcək.

“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 28 il əvvəl canlarını bu yolda fəda edən şəhidlərimizi rəhmətlə anırıq və bu acı gündə qardaş Azərbaycanın kədərini paylaşırıq”, - deyə açıqlamada bildirilir.

AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti