Evlənmək istəyənlərin müayinəsi ilə bağlı yeni təklif

Evlənmək istəyənlərin müayinəsi ilə bağlı yeni təklif
  22 Yanvar 2018    Oxunub:1742
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsini təklif edib.
AzVision.az-ın məlumatına görə, komitənin bu gün keçirilən iclasında M.Quliyev deyib ki, bunun üçün Ailə Məcəlləsinə müvafiq əlavə və dəyişiklik edilməli, həmçinin müvafiq dövlət qurumları, o cümlədən Milli Məclis bu məsələni müzakirə etməlidir.

Deputat hesab edir ki, ailə həyatı quran şəxslərdə hepatit virusunun olub-olmaması müəyyən edilməlidir.

Qeyd edək ki, hazırda nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir.

AzVision.az


Teqlər: Musa-Quliyev   Hepatit   Xəstəlik  





Xəbər lenti