Azərbaycan dünyanın ən yaxşı ölkələri arasında

  23 Yanvar 2018    Oxunub : 984
Azərbaycan dünyanın ən yaxşı ölkələri arasında
ABŞ-ın “U.S. News & World Report” jurnalı 2018-ci il üçün dünyanın ən yaxşı ölkələrinin siyahısını dərc edib. Azərbaycan reytinqdə beş pillə irəliləyib.
Ölkəmiz reytinq cədvəlində 2017-ci ildəki 69-cu yerdən 64-cü yerə yüksəlib.

Cədvəldə liderlər demək olar dəyişməyib: ilk beş yeri İsveçrə, Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutub.

Reytinq ekspertlərin 36 ölkədən 21 min nəfər arasında keçirdikləri sorğunun nəticələri əsasında tərtib olunub. Ölkələr turizm baxımından cəlbediciliyi, təbiətinin gözəlliyi, siyasi nüfuzu, təhsilin səviyyəsi və digər amillər üzrə qiymətləndirilib.

AzVision.az

Teqlər: Azərbaycan   Reytinq