Əflatun Amaşov: “Həmin sənədlər saxtadır”

Əflatun Amaşov: “Həmin sənədlər saxtadır”
  03 Fevral 2018    Oxunub:3062
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov onun imzası ilə saxta jurnalist vəsiqəsinin yayılmasına münasibət bildirib.

Ə.Amaşov AzVision.az-a abildirib ki, həmin şəxslər öz maraqlarına çatmaq üçün bu addımları atırlar.
“Bunu edən şəxslər qanuni baxımdan məsuliyyət daşıyır. Bu cür halların qarşısının alınması üçün müvafiq addımlar atılacaq. Bu, peşə davranışı qaydaları baxımından da düzgün deyil. Bunu ilk növbədə cəmiyyətə açıqladıq ki, belə hallar var. Kimlərsə bu cür hallarla qarşışalarsa, bilsinlər ki, həmin sənədlər saxtadır. Burada məqsəd onlara qarşı mübarizə aparmaqdır. Saxta sənəd hazırlayan şəxslər hüquqi məsuliyyət daşımalıdır ki, belə hallar yenidən təkrarlanmasın”.

Qeyd edək ki, “Qaynar-xett.az” saytı “əməkdaşlarına” payladığı vəsiqələrin üzərində Mətbuat Şurasının adını və qurumun sədri Əflatun Amaşovun “imzası”nı qeyd etməklə saxtakarlığa əl atıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Mətbuat-Şurası   Əflatun-Amaşov  





Xəbər lenti