İrandan ABŞ-a nüvə ittihamı: "Bəşəriyyətin məhvinə səbəb ola bilər"

  04 Fevral 2018    Oxunub : 588
İrandan ABŞ-a nüvə ittihamı: "Bəşəriyyətin məhvinə səbəb ola bilər"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif hesab edir ki, ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə səbəb ola bilər.

AzVision.az xəbər verir ki, bu barədə İranın XİN rəhbəri "Twitter" hesabında yazıb. Zərif bildirib ki, ABŞ-ın məlum doktrinası nüvə silahının yayılmaması barədə müqaviləyə zidd olaraq nüvə silahından böyük asılılığı əks etdirir.

"Bu doktrina bəşəriyyəti məhvə yaxınlaşdırır. Təəccüblü deyil ki, biz 1953-cü ildən bu vaxtadək dünyanın sonuna daha çox yaxınlaşmışıq. Trampın Hərtərəfli Birgə Fəaliyyət Planını ləğv etdirməkdə göstərdiyi inadkarlığı həmin düşüncəsizlikdən irəli gəlir"- deyə XİN rəhbəri vurğulayıb.

AzVision.az

Teqlər: ABŞ   İran   XİN   Zərif   Nüvə