Bakıya gələn amerikalı həmsədr köçkünlərlə görüşdü - FOTOLAR

Bakıya gələn amerikalı həmsədr köçkünlərlə görüşdü - FOTOLAR
  04 Fevral 2018    Oxunub:2649
ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və Minsk qrupunun amerikalı həmsədri Endrü Şofer Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlərlə görüşüb.

Amerikalı diplomatlar məcburi köçkünlərin vəziyyəti ilə maraqlanıblar. Səfir Sekuta qeyd edib ki, o, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan məcburi köçkünlərlə görüşüb.
Diplomat deyib ki, bu görüşlərdə məcburi köçkünləri fikirləri ilə maraqlanıb. Sekutanın sözlərinə görə, ölkəsi daim münaqişənin sülh yolu ilə həllində maraqlıdır və bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər.



Qonaqlar Zəngilan rayonundan məcburi köçkünlərin mənzil şəraitləri ilə tanış olublar. ABŞ diplomatları məcburi köçkünlərlə söhbət edib, onların fikir və istəklərini dinləyiblər. Sonra qonaqlar qəsəbədəki orta məktəbə və muzeyə baxıblar.



Qeyd edək ki, amerikalı dipomatların köçkünlərlə görüşündə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, icmanın üzvü Fərhad Bədəlbəyli, Milli Məclisin deputatı Elman Məmmədov iştirak ediblər.



Xatırladaq ki, Minsk qrupunun amerikalı həmsədri Endrü Şofer ötən gün Azərbaycana səfərə gəlib. Səfərdə məqsəd Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair müzakirələri davam etdirməkdir.







AzVision.az


Teqlər: ABŞ   Həmsədr   Masazır   Köçkün  





Xəbər lenti