YAP qurultay keçirəcək - Vaxt məlum oldu

YAP qurultay keçirəcək - Vaxt məlum oldu
  05 Fevral 2018    Oxunub:1971
Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayının vaxtı məlum olub.
YAP-ın VI qurultayı 2018-ci il fevralın 8-nə təyin olunub. Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdiriləcək.

Qeyd edək ki, bu gün prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin. (APA)

AzVision.az


Teqlər: YAP   Qurultay  





Xəbər lenti