"Düşmənlər Azərbaycanla dostluğumuzu poza bilməz" - İran səfiri

"Düşmənlər Azərbaycanla dostluğumuzu poza bilməz" - İran səfiri
  09 Fevral 2018    Oxunub:1618
"Azərbaycan və İran arasında dostluq münasibətləri günü-gündən inkişaf edir"
AzVision.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İran İslam İnqilabının 39-cu ildönümü münasibəti Bakıda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Diplomat vurğulayıb ki, prezident İlham Əliyev və Həsən Ruhani arasında olan səmimi münasibətlər iki ölkə arasında əlaqələr üçün möhkəm dayaqdır.

"Düşmənlər İran və Azərbaycan arasında yaranan dostluq münasibətlərini poza bilməyəcəklər. Turistlərin sayının artması iki ölkə arasında dostluğun zəmanətidir" - səfir deyib.

C.Cahangirzadə, həmçinin qeyd edib ki, dünya birliyinin təzyiqlərinə və sanksiyalarına rəğmən İran İnqilabının verdiyi inam daha da güclənib.

"Hazırda İran dünyada ən güclü iqtisadiyyata malik 18-ci ölkədir. İslam İnqilabından sonra İranda 40 demokratik ümumxalq seçki keçirilib. Cənab Ruhaninin 2017-ci ilin mayında qalibiyyəti ilə nəticələnən seçkilərdə İranda səsvermə hüququ olan şəxslərin 73%-i iştirak edib. İran, həmçinin beynəlxalq terrorizm və İŞİD-ə qarşı mübarizə aparır. Hər bir ölkə üçün qonşlarla səmimi münasibət xarici siyasətin prioritetidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   Səfir   Bakı   Diplomat  





Xəbər lenti