Rusiya qırıcıları Ermənistanda şərti düşmənin aerodromunu məhv edib

Rusiya qırıcıları Ermənistanda şərti düşmənin aerodromunu məhv edib
  12 Fevral 2018    Oxunub:2841
Rusiyanın Ermənistanda yerləşən "Erebuni" aviabazasının MİQ-29 qırıcı təyyarələri və "Mİ-24P", "Mİ-8MT" hərbi helikopterləri təlimlər zamanı şərti düşmənin hərbi aerodromunu məhv ediblər.

AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib.
Rusiya rəsmisi qeyd edib ki, dağlıq ərazinin mürəkkəb meteoroloji şəraitində keçirilən uçuşlar zamanı helikopterlərin ekipajları şərti düşmənin aviasiya texnikasına, aerodromun infrastruktur obyektlərinə zərbələr endirib, uçuş-eniş zolağını sıradan çıxarıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Qırıcı   Təyyarə   Ermənistan  





Xəbər lenti