Bakıda bayram çadırları qurulur - Məqsəd nədir?

Bakıda bayram çadırları qurulur - Məqsəd nədir?
  28 Fevral 2018    Oxunub:2476
Novruz bayramı ilə əlaqədər Bakının 10 rayonunda bayram yarmarkaları təşkil olunacaq.
Bu barədə AzVision.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib. Onun sözlərinə görə, çadırların qurulmasında məqsəd pərakəndə satışın qarşısını almaq və qiymətlərə nəzarətin olmasıdır.

“Çadırlar metro çıxışlarında quraşdırılır ki, insanlar rahat gələ bilsinlər. Yarmarkalarda mağazalara nisbətən ucuz və keyfiyyətli məhsullar olacaq. Bir sözlə, insanların həmin məhsulları almağa imkanları çatacaq", — Bağırov bildirib.

Ə.Bağırov qeyd edib ki, artıq çadırların qurulmasına başlanılıb: “Bir-iki günə fəaliyyətə başlanacaq və martın 25-ə qədər yarmarkalar davam edəcək”.

Aytən Zəhra
AzVision.az


Teqlər: BŞİH   Bayram   Yarmarka   Çadır  





Xəbər lenti