Qarabağ danışıqları seçkidən sonra davam etdiriləcək

Qarabağ danışıqları seçkidən sonra davam etdiriləcək
  05 Mart 2018    Oxunub:2982
"Prezident seçkilərindən sonra Qarabağ münaqişəsinin həllinə dair danışıqları daha intensiv şəkildə davam etdirməkdə qərarlıyıq"
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Mərakeş və Azərbaycan beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və ölkələrimiz arasında əməkdaşlıq strateji səviyyədədir.

"Mən mərakeşli həmkarımı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son durum barədə məlumatlandırdım. Biz həmsədrlərlə prezident seçkilərindən sonra harada və nə vaxt görüş keçiriləcəyi barədə danışıqlar aparırıq. Prezident seçkilərindən sonra danışıqları daha intensiv şəkildə davam etdirməkdə qərarlıyıq".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti