Evdən 73 yaşlı kişi meyiti tapılıb

Evdən 73 yaşlı kişi meyiti tapılıb
  05 Mart 2018    Oxunub:1485
Bakının Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb, orada 1945-ci il təvəllüdlü Bağırov Rafiq Yaqub oğlunun meyitini aşkarlayıblar.

Meyit aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN   Mənzil  





Xəbər lenti