"Türkiyə ordusu Afrinə girir" - Ərdoğan son durumu açıqladı
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan bu günədək Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında 3400 terrorçunun məhv edildiyini bildirib.
"Türkiyə ordusu Afrinə daxil olur. Biz Afrinə işğal üçün girmirik. Biz Afrini oranın gerçək sahiblərinə təhvil vermək üçün daxil oluruq",- deyə Ərdoğan vurğulayıb.
AzVision.az